Polis Cənubi Afrikada nümayişi dağıtmaq üçün rezin güllələrdən istifadə edib, 23 nəfər saxlanılıb

Polis Cənubi Afrikada nümayişi dağıtmaq üçün rezin güllələrdən istifadə edib, 23 nəfər saxlanılıb Cənubi Afrika Prezidenti Siril Ramafoza qarşıdurmalarla əlaqədar Londondakı sammiti vaxtından əvvəl tərk edib
Digər ölkələr
20 Aprel , 2018 14:53
Polis Cənubi Afrikada nümayişi dağıtmaq üçün rezin güllələrdən istifadə edib, 23 nəfər saxlanılıb
Yahoo

Bakı. 20 aprel. REPORT.AZ/ Cənubi Afrikada polis ölkənin şimal-qərb hissəsindəki iğtişaşların qarşısını almaq məqsədi ilə rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, iğtişaşlar zamanı azı 23 nəfər saxlanılıb.

Yerli KİV polislə etirazçılar arasında toqquşmaların baş verdiyi ərazidə qalın tüstü təbəqəsi göründüyünü bildirib.

Cənubi Afrika Prezidenti Siril Ramafoza qarşıdurmalarla əlaqədar bu gün Londondakı sammiti vaxtından əvvəl tərk edib. O, başverənlərdən narahatlığını dilə gətirərək həm etirazçıları, həm də polisi təmkinli olmağa çağırıb.

Qeyd edək ki, etirazlar aşağı səviyyəli sosial xidmətlər, mənzil çatışmazlığı, işsizlik və keyfiyyətsiz səhiyyə ilə ilə əlaqədardır. İğtişaşlar isə tibb işçilərinin əmək haqqlarının artırılması tələb etməsi nəticəsində bağlanan xəstəxanada aprelin 17-də bir neçə xəstənin ölməsindən sonra baş qaldırıb.

Son xəbərlər

Orphus sistemi