PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı

PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı Terrorçuların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlayıb
Digər ölkələr
9 Noyabr , 2016 19:20
PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı

Bakı. 9 noyabr. REPORT.AZ/ PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində mikroavtobusu atəşə tutub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 kənd qoruyucusu və 1 mülki şəxs həlak olub.

Hücum zamanı daha iki kənd qoruyucusu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi