Yuxarı
    Bağlamaq

    ​Pinoçet ordusunun keçmiş əsgəri canlı yayımda kütləvi qətllərdə iştirakını etiraf edib

    Radioya zəngdən sonra kişi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb

    Bakı. 12 dekabr. REPORT.AZ/ Çilidə radionun canlı efirində ötən əsrin 1970-ci illərində Auqusto Pinoçetin diktaturası əleyhdarlarının kütləvi qətlində iştirakını etiraf edən şəxs saxlanılıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Çili ordusunun 62 yaşlı sabiq əsgəri Gilermo Reyes Ramssi olub.

    Onun axtarışı barədə göstəriş insan haqları üzrə nazir Mario Karroso tərəfindən Ramssinin yerli radiodakı çıxışından sonra verilib. O verilişə zəng edərək güllələnmələrdə iştirak etdiyi barədə anonim şəkildə danışıb.

    Yaxın vaxtlarda saxlanılan şəxs dindirilmə üçün Santyaqoya göndərilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi