Yuxarı
    Bağlamaq

    Peterburqda partlayış baş verib: xəsarət alan var

    Yaralı Müqəddəs Məryəm Maqdalina 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb© Foto: vk.com/spb_today

    Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərinin Vasilevsk adasındakı Çernışevski adına kitabxananın yaxınlığında partlayış olub.

    "Report"un məlumatına görə, bu barədə "Fontanka.ru" xəbər verib.

    Kitabxananın əməkdaşlarının sözlərinə görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində işə düşüb.

    Şahidlər bildirib ki, gənc kitabxananın yanında yerdən nəsə qaldırıb. Bundan sonra partlayış baş verib.

    İlkin məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. O, Müqəddəs Məryəm Maqdalina 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi