Peterburq metrosunda partlayış zamanı ölənlərin sayı 11 nəfərə çatıb

Peterburq metrosunda partlayış zamanı ölənlərin sayı 11 nəfərə çatıb Yaralıların sayı 45 nəfərdir
Digər ölkələr
118
3 Aprel , 2017 23:47
Peterburq metrosunda partlayış zamanı ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 3 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb, daha 45 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Milli Anti-terror Komitəsinin məlumatında bildirilir.

"Dəqiqləşdirilmiş məlumatlara görə, partlayış nəticəsində 11 nəfər ölüb, 45 yaralı xəstəxanalardadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən yaralılara və onların ailələrinə zəruri tibbi və psixoloji köməkliyin göstərilməsi üzrə tədbirlər görülüb", — deyə məlumatda bildirilir.

Aprelin 3-ü Bakı vaxtı ilə 15.40-da Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi