Peter Siyarto: “NATO Rusiya ilə münaqişə tərəfinə çevrilməməlidir”

Peter Siyarto: “NATO Rusiya ilə münaqişə tərəfinə çevrilməməlidir” “Brüsseldə keçirilən görüşdə NATO xarici işlər nazirləri Ukraynadakı hadisələrə yanaşmalarını təsdiqləyiblər, ona görə Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiya ilə münaqişə tərəfinə çevrilməməlidir”.
Digər ölkələr
29 Noyabr , 2023 03:12
Peter Siyarto: “NATO Rusiya ilə münaqişə tərəfinə çevrilməməlidir”

“Brüsseldə keçirilən görüşdə NATO xarici işlər nazirləri Ukraynadakı hadisələrə yanaşmalarını təsdiqləyiblər, ona görə Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiya ilə münaqişə tərəfinə çevrilməməlidir”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O, həmkarlarına NATO-nun Ukrayna münaqişəsinə müdaxilə etməməsi ilə bağlı əvvəlki qərara əməl etməyin zəruriliyini bildirib:

“Bir ildən çoxdur ki, qərara alınıb ki, NATO-nun münaqişə tərəfi olmaması, Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq üçün hər şeyi etmək lazımdır. Yaxşı xəbər budur ki, bu gün heç kim bu qərarı dəyişdirmək və ya yenidən nəzərdən keçirmək təşəbbüsü ilə çıxış etməyib.

Lakin Brüsseldə keçirilən görüşdə sülh sözü demək olar ki, eşidilmədi. Əvəzində bəzi görüş iştirakçıları Ukraynaya hərbi yardımın davam etdirilməsinin vacibliyini vurğuladılar və hətta bu yardımın genişləndirilməsinin zəruriliyindən danışdılar”.

Son xəbərlər

Orphus sistemi