Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq

Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq Varşava Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı tədbirlər görəcəyi təqdirdə Polşaya qarşı cavab addımı atacaq.
Digər ölkələr
4 Fevral , 2025 13:54
Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq
Dmitri Peskov

Varşava Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı tədbirlər görəcəyi təqdirdə Moskva Polşaya qarşı cavab addımı atacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təbii ki, biz bütün mümkün tədbirləri görəcəyik. Polşa tərəfindən hər hansı addımlar atılacağı halda, cavab tədbirləri qaçılmazdır", - o qeyd edib.

Daha əvvəl Rusiyanın Polşadakı səfirliyindən bildirilib ki, ölkə hökuməti Rusiyaya məxsus bir neçə obyektlə bağlı iddialar irəli sürür.

Son xəbərlər

Orphus sistemi