Perunun şimalında zəlzələ baş verib

Perunun şimalında zəlzələ baş verib Dağıntılar və tələfat barəsində məlumat daxil olmayıb
Digər ölkələr
10 Sentyabr , 2016 15:37
Perunun şimalında zəlzələ baş verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Perunun şimalında 6 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib.

Əvvəlcə EMSC zəlzələnin  5,7 gücündə olduğunu deyib, daha sonra məlumatları düzəldib. 

Yeraltı təkanlar Moyobamba şəhərindən 56 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 124 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barəsində məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi