Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb - YENİLƏNİB

Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb - YENİLƏNİB Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.
Digər ölkələr
17 Aprel , 2019 20:09
Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb - YENİLƏNİB

Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.

“Report” “Andina” agentliyinə istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib. 

O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.


*** 19:52

Bu gün korrupsiya ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilərkən intihara cəhd edən Perunun sabiq Prezidenti Alan Qarsia paytaxt Limadakı xəstəxanalardan birində koma vəziyyətindədir.

“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə hadisə baş verəndən dərhal sonra həmin xəstəxanaya baş çəkmiş səhiyyə naziri Sulema Tomas Qonsales məlumat verib. 

“Vəziyyəti çox ağırdır. Əməliyyat zamanı ürəyi üç dəfə dayanmışdı”, - deyən nazir yaralanma barədə ətraflı məlumat verməyib. Hərçənd xəstəxana həkimləri xəstənin kəlləsinin sağ tərəfindən güllə yarası aldığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi