Yuxarı

​Perunun birinci xanımı çirkli pulların yuyulmasında şübhəli bilinir

Ölkə prokurorluğu araşdırma aparmağa hazırlaşır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Peru prezidenti Olyanta Umalanın həyat yoldaşı Nadin Eredia çirkli pulların yuyulmasında iştirakda şübhəli bilinir.

"Report"un məlumatına görə, ölkə prokurorluğu müəyyən edib ki, birinci xanım bir neçə il ərzində naməlum mənbələrdən on min dollarlarla pul əldə edib.

"Prokuror xanım Nadin Eredianın 2006 və 2011-ci illərdə aparılan seçkiqabağı kampaniyalar zamanı aktivlərin yuyulması üzrə mümkün cinayətlə əlaqədar istintaq obyekti olması üçün araşdırmanın genişləndirilməsi göstərişi verib", — deyə "El Nuevo Herald" portalı prokurorluğun bəyanatını sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi