Bakı. 12 avqust. REPORT.AZ/ Perunun cənubunda baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Arekipa departamentinin qubernatoru Yamilu Osorioya istinadən məlumat yayıb.
Onun sözlərinə dörə, zəlzələ yollarda sürüşmələrə səbəb olub. Bu zaman 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Departament rəhbəri əlavə edib ki, yerli hakimiyyət orqanları təbii hadisənin nəticələrini aradan qaldırmaqla məşğuldur.
***03:03
Peruda 5,6 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:45-də, Kamana şəhərindən 89 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 34,7 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.