Peruda zəlzələ nəticəsində 40-dan çox insan xəsarət alıb

Peruda zəlzələ nəticəsində 40-dan çox insan xəsarət alıb Perunun şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində azı 41 nəfər xəsarət alıb.
Digər ölkələr
31 İyul , 2021 04:35
Peruda zəlzələ nəticəsində 40-dan çox insan xəsarət alıb

Perunun şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində azı 41 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Pyura regionu səhiyyəsinin departamentinə istinadən RPP radiosu bildirib.

Qeyd edilir ki, Sulyan şəhərində 35 nəfər xəsarət alıb, onlardan 2-nin xəsarət ağırdır. Daha 6 nəfər Pyura şəhərində yaralanıb. Zərər çəkmiş 41 nəfərdən 20-si artıq xəstəxanaları tərk edib.

Bundan başqa, şəhər infrastrukturuna, bir sıra yaşayış binalarına və məbədlərə ziyan vurulub.

Ölkənin prezidenti Pedro Kastilyo zəlzələdən zərər çəkmiş regiona gedib.

Qeyd edək ki, Peruda zəlzələ ötən gün yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 21:10) 6,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı Sulyan şəhərindən 12 kilometr məsafədə, 36 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi