​Peruda zəlzələ nəticəsində 150 ev dağılıb, 4 nəfər ölüb

​Peruda zəlzələ nəticəsində 150 ev dağılıb, 4 nəfər ölüb 50-dən çox insan xəsarət alıb
Digər ölkələr
16 Avqust , 2016 00:18
​Peruda zəlzələ nəticəsində 150 ev dağılıb, 4 nəfər ölüb

Bakı. 16 avqust. REPORT.AZ/ Avqustun 15-nə keçən gecə Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə məlumatı yerli "Republica" qəzeti yazıb.

"Əvvəlcə qubernator (Arekipa departamenti) Yamila Osorio 9 nəfərin öldüyünü xəbər vermişdi, lakin sonradan məlum oldu ki, rəsmi məlumatlarda qurbanların saynın 4 olduğu bildirilir", - deyə nəşr qeyd edib.

Məlumata görə, təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb, təqribən 150 ev tamamilə dağılıb. Ölənlər arasında iki yaşlı qadın, uşaq və bir amerikalı turist var.

Ölənlərin sayının artacağı istisna olunmur.

Zəlzələ 5,4 bal gücündə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi