Peruda torpaq sürüşməsi zamanı 80 ev dağılıb, itkin düşənlər var

Peruda torpaq sürüşməsi zamanı 80 ev dağılıb, itkin düşənlər var Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Digər ölkələr
16 Mart , 2022 03:17
Peruda torpaq sürüşməsi zamanı 80 ev dağılıb, itkin düşənlər var

Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, təbii hadisə nəticəsində azı 80 ev torpaq altında qalıb, 3-ü uşaq olmaqla 7 nəfər itkin düşüb. Ətrafdakı insanların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 4 sakin xilas edilib.

Torpaq sürüşməsi zamanı dəyən maddi zərərin miqyası hələ məlum deyil. Ölkə rəsmiləri təcili yardım qruplarının dərhal əraziyə göndərildiyini açıqlayıblar.

Peru Prezidenti Pedro Kastillo sosial media hesabında Milli Mülki Müdafiə İnstitutunun rəhbəri və müdafiə nazirinin hadisə yerinə gedəcəyini bildirib. O, təbii fəlakətdən zərər çəkən vətəndaşlara lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi