Peruda təyyarə qəzasında üç nəfər həlak olub

Peruda təyyarə qəzasında üç nəfər həlak olub Qəza əlverişsiz hava şəraiti nəticəsində baş verib
Digər ölkələr
10 Oktyabr , 2016 10:47
Peruda təyyarə qəzasında üç nəfər həlak olub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Peruda iki mühərriklik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kaxamarka şimal departamentinin ərazisində baş verib.

"Cessna 207" təyyarəsi San Migel əyalətində qəzaya uğrayıb.

Yerli "Air Majoro" aviaşirkətinə məxsus olan layner cənubdakı Naska şəhərindən ölkənin şərqində yerləşən Pukallpa şəhərinə reys həyata keçirirmiş. Uçuş zamanı təyyarə istiqamət kursundan çıxıb, onun ekipajıyla əlaqə kəsilib. İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi