​Peruda sərnişin avtobusu uçurumdan aşıb, 12 nəfər ölüb

​Peruda sərnişin avtobusu uçurumdan aşıb, 12 nəfər ölüb Avtobus Limadan Xuanuko istiqamətində hərəkət edirmiş
Digər ölkələr
2 İyul , 2015 08:47
​Peruda sərnişin avtobusu uçurumdan aşıb, 12 nəfər ölüb

Bakı. 2 İyul. REPORT.AZ/ Çərşənbə günü Peruda sərnişin avtobusu Akaş departamenti ərazisində sərt uçurumdan aşaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində 12 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Andina" informasiya agentliyi məlumat yayıb.

"Hazırda Bolonezi əyalətində avtobusun uçurumdan yuvarlanması nəticəsində 12 nəfərin öldüyü, 15 nəfərin yaralandığı barədə məlumat daxil olub", - deyə agentlik departament rəhbərliyinin nümayəndəsi Xesus Lasaronun sözlərini sitat gətirib.

Avtobus Limadan Xuanuko istiqamətində hərəkət edirmiş. Yol-nəqliyyat hadisəsi Konoça və Antamina yaşayış məntəqələrini birləşdirən yolun 48-ci kilometrliyində baş verib.

Son xəbərlər

Orphus sistemi