Perunun Kusko şəhərinin meri Rikardo Valderrama, koronavirus infeksiyasının yaratdığı fəsadlardan ölüb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti Facebook-da məlumat yayıb.
"Kusko əyalətinin bələdiyyəsi şəhərin meri Dr. Ricardo Valderrama Fernandesin vəfatından dərin təəssüfünü bildirir və ailəsinə başsağlığı verir", deyilir.
2019-cu ilin dekabrında vəzifəsinə başlayan 75 yaşlı şəhərin başçısı, 24 iyulda koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirib.
