Peru Baş Prokurorluğunun əməkdaşları Prezidentin iqamətgahında axtarış keçirib

Peru Baş Prokurorluğunun əməkdaşları Prezidentin iqamətgahında axtarış keçirib Peruda Prokurorluğun əməkdaşları hökumət sarayında, ölkə Prezidenti Pedro Kastilonun rəsmi iqamətgahında axtarış keçirib.
Digər ölkələr
10 Avqust , 2022 10:04
Peru Baş Prokurorluğunun əməkdaşları Prezidentin iqamətgahında axtarış keçirib

Peru Baş Prokurorluğunun əməkdaşları hökumət sarayında, ölkə Prezidenti Pedro Kastillonun rəsmi iqamətgahında axtarış keçirib.

“Report” xəbər verir ki, məlumatı yerli “Erepepe” radiostansiyası yayıb.

Qeyd edilib ki, axtarış Prezidentin həyat yoldaşının bacısını həbs etmək məqsədi ilə həyata keçirilib.

Bildirilib ki, Prezidentin həyat yoldaşının bacısı Yenifer Paredes korrupsiyada və dövlətin nüfuzuna zərər vuran şübhəli sövdələşməyə görə axtarılır. Prokurorluq əməkdaşları onu dövlət başçısının iqamətgahında tapmayıblar.

Xatırladaq ki, Perunun yaşayış məntəqələrindən birinin sakinlərinə suyun təmizlənməsi sistemi layihəsinin həyata keçirilməsinə razılıq verməyə inandırdığı iddia edilən video internetdə yayıldıqdan sonra Baş Prokurorluq Prezident Pedro Kastillonun həyat yoldaşının 27 yaşlı bacısı barəsində axtarış qərarı çıxarıb.

Son xəbərlər

Orphus sistemi