Peruda noyabr ayında iki nazir istefa verib

Peruda noyabr ayında iki nazir istefa verib Peru prezidenti Pedro Kastilyo bazar ertəsi ölkənin müdafiə naziri Uolter Edison Ayala Qonsalesin istefasını qəbul edib.
Digər ölkələr
16 Noyabr , 2021 05:23
Peruda noyabr ayında iki nazir istefa verib

Peru prezidenti Pedro Kastilyo bazar ertəsi ölkənin müdafiə naziri Uolter Edison Ayala Qonsalesin istefasını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri keçən həftə bir sıra yüksək rütbəli hərbçilərin prezidentə yaxın adamları yaxşı vəzifələrə təyin etməsi ilə bağlı etdiyi şikayətlərdən sonra istefa verib.

Noyabrın 2-də güc blokunun daha bir naziri Peru hökumətini tərk edib. Belə ki, daxili işlər naziri Luis Barransuela, pandemiya zamanı nazirliyin özü tərəfindən qoyulmuş qadağanı pozaraq məclis təşkil etməkdə ittiham edildikdən sonra istefa verib.

Son xəbərlər

Orphus sistemi