Bakı. 11 aprel. REPORT.AZ/ Peruda keçirilən prezident seçkilərinin nəticələrinə görə keçmiş dövlət başçısının qızı Keyko Fuximiro liderdir.
"Report"un məlumatına görə, Keçmiş dövlət başçısı Alberto Fuximironun qızı Keyko Fuximiro topladığı səslərə görə birinci yerdədir.
"Ipsos" sosioloji xidmət mərkəzinin keçirdiyi "exit poll" nəticəsində onun birinci turda Peru seçicilərinin 37,8 səsini topladığı məlum olub.
Fuximironun rəqibləri - texnokrat Pedro Kuçinski 20,9 faiz, "Geniş cəbhə"nin prezidentliyə namizədi Veronika Mendosa 20,3 faiz səs toplayıblar.
Prezident seçkiləri ilə yanaşı parlament seçkiləri də başa çatıb. Seçkilərin ilkin nəticələri yerli vaxtla saat 21:00-da açıqlanacaq.