Peruda jurnalistin yandırılmış cəsədi tapılıb

Peruda jurnalistin yandırılmış cəsədi tapılıb Əlli beş yaşlı Xose Yaktayo ötən şənbə itkin düşüb
Digər ölkələr
4 Mart , 2017 05:15
Peruda jurnalistin yandırılmış cəsədi tapılıb

Bakı. 4 mart. REPORT.AZ/ Peruda jurnalistin yandırılmış cəsədi çemodanda tapılıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, naməlum şəxslər onun parçalanmış və yandırılmış cəsədini paytaxtın şimalına atıblar. 55 yaşlı Xose Yaktayo ötən şənbə itkin düşüb.

Onun oğurlanmasının və öldürülməsinin səbəbi hələlik məlum deyil. Yaktayo son 12 ildə müstəqil şirkətdə prodüsser işləyib. 

Yaktayonun qətli Perunun jurnalist birliyində narazılığa səbəb olub. O, cari ildə Cənubi Amerikanın bu ölkəsində qətlə yetirilmiş ilk jurnalistdir.

Son xəbərlər

Orphus sistemi