Peruda iki ton kokain müsadirə olunub

Peruda iki ton kokain müsadirə olunub Faktla əlaqədar Perunun 5, Serbiyanın 1 vətəndaşı saxlanılıb
Digər ölkələr
13 Yanvar , 2017 06:39
Peruda iki ton kokain müsadirə olunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Peruda iki ton kokain müsadirə edilib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər yayıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadağan edilmiş yükün ixrac edilməsi planlaşdırılırmış. O, xüsusi qablarda qablaşdırılıb və təzə tərəvəzlərin otların, məhsulların istehsalıyla məşğul olan korporasiyanın ərazisində gizlədilib.

Faktla əlaqədar Perunun 5, Serbiyanın 1 vətəndaşı saxlanılıb.

Peru Prokurorluğu daha əvvəl bildirib ki, 2015-ci ildə ölkədə 44 ton müxtəlif növ narkotik müsadirə edilib. Bunun əksəriyyəti kokaindir.

Son xəbərlər

Orphus sistemi