Yuxarı
    Bağlamaq

    Peruda hərbçilərə hücum nəticəsində 4 nəfər ölüb

    Altı hərbçi oğurlanıb

    Bakı. 10 aprel. REPORT.AZ/ Peruda prezident və parlament seçkiləri terrorçuların hərbçilərə hücumları fonunda keçir.

    "Report" xəbər verir ki, "İşıqlı yol" qruplaşmasının döyüşçüləri seçkilərin başlanmasından əvvəl ölkənin mərkəzində, Xunin regionunun Santo-Dominqo-de-Akobamba yaşayış məntəqəsində seçicilərin təhlükəsizliyini təmin edən hərbçilərə hücum ediblər.

    Nəticədə dörd nəfər həlak olub, yeddi nəfər yaralanıb.

    "El Comercio" portalı həlak olanlardan birinin mülki vətəndaş olması haqda məlumat yayıb. Məlumata görə, daha 6 hərbçi oğurlanıb.

    Peru prezidenti Olyanta Umala Tasso terrorçuların hücumunu pisləyib və həlak olanların doğmalarına başsağlığı verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi