Peruda gəmilərin toqquşması nəticəsində ölən və itkin düşənlər var

Peruda gəmilərin toqquşması nəticəsində ölən və itkin düşənlər var Hadisə çərşənbə günü baş verib
Digər ölkələr
27 Yanvar , 2018 08:57
Peruda gəmilərin toqquşması nəticəsində ölən və itkin düşənlər var

Bakı. 27 yanvar. REPORT.AZ/ Peru sahillərində iki gəminin toqquşması nəticəsində azı 3 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Hələ ki, üç nəfərin cəsədini sudan çıxarmaq və üç pasport əldə etmək mümkün olub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ilkin məlumatlara görə, hadisə çərşənbə günü baş verib, lakin cümə gününədək cəmi üç nəfərin meyiti tapılıb. Qalan şəxslər itkin düşmüş hesab olunur. 

Son xəbərlər

Orphus sistemi