Perunun paytaxtı Limada yerləşən gecə klubunun yaxınlığında partlayış olub.
“Report” xəbər verir ki, bu barədə Perunun RPP radiostansiyası məlumat yayıb.
Hadisə nəticəsində 2-si uşaq olmaqla 15 nəfər yaralanıb. Partlayış zamanı klub bağlı olub. Qeyd edilib ki, bununla gecə klubunda konsert verməli olan yerli musiqi qrupu hücuma məruz qala bilərdi.