Peruda daşqınlar nəticəsində bir neçə nəfər öldü, onlarla xəsarət alan var

Peruda daşqınlar nəticəsində bir neçə nəfər öldü, onlarla xəsarət alan var Perunun cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər həlak olub.
Digər ölkələr
23 Fevral , 2020 11:14
Peruda daşqınlar nəticəsində bir neçə nəfər öldü, onlarla xəsarət alan var

Perunun cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər həlak olub.

Bu barədə “Report” “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə nəticəsində 20-dən çox insan müxtəlif xəsarətlər alıb. Onların əksəriyyəti su axınları zamanı qismən dağılmış klinikanın xəstələridir. Həmçinin Takna şəhərində də onlarla tikinti binasına ciddi zərər dəyib.

Hazırda xilasedicilər itkin düşmüş bir neçə insanı axtarır və zərər dəymiş binaların, kommunikasiyaların bərpası ilə məşğul olurlar.

Son xəbərlər

Orphus sistemi