Peruda daşqın və sürüşmə nəticəsində 11 nəfər ölüb

Peruda daşqın və sürüşmə nəticəsində 11 nəfər ölüb Əlverişsiz hava şəraiti səbəbindən 11,4 min ailə zərər çəkib
Digər ölkələr
28 Yanvar , 2017 05:58
Peruda daşqın və sürüşmə nəticəsində 11 nəfər ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Peruda daşqın və sürüşmələr nəticəsində ən azı 11 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Frans Press" məlumat yayıb.

Peru əyalətlərində daşqın və sürüşmələr bir neçə gün ərzində davam edən leysan yağışları nəticəsində baş verib. Əlverişsiz hava şəraiti səbəbindən təxminən 11,4 min ailə zərər çəkib.

Cümə günü yerli hökumət Arekipa, Uankavelika, İka və paytaxt Limada fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi