Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb

Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb Daha 400 nəfər daşqınlar zamanı xəsarət alıb
Digər ölkələr
19 Aprel , 2017 01:43
Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb
Foto: "AP"

Bakı. 19 aprel. REPORT.AZ/ Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallarda fəaliyyət üzrə Milli Mərkəzi xəbər verib.

Xəbərdə bildirilir ki, güclü daşqınlar nəticəsində 113 nəfər ölüb. Ekspertlər daşqınların son 10 ildə ən güclü olduğunu bildiriblər.

Mərkəzin məlumatına görə, daha 17 nəfər itkin düşmüş sayılır. Təbii hadisə nəticəsində eləcə də 400 nəfər xəsarət alıb. 178 min nəfər əmlakından məhrum olub.

Daşqınlar ümumilikdə 1 milyondan çox insana zərər vurub. Dağılmış evlərin sayı 20 mini ötüb.

Xəbərdə qeyd olunur ki, 237 min tikili qismən dağılıb. Daşqınlar həmçinin 53 məktəbi, 11 tibb mərkəzini, 2,7 kilometr yolu və 316 körpünü dağıdıb.

Son xəbərlər

Orphus sistemi