Peruda naməlum şəxslər ölkənin ən uzun neft kəməri “Norperuano”ya zərər vurublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Petroperu” şirkəti bildirib.
Məlumatla görə, neft axıntısı Baqua əyalətində Nyeva çayı yaxınlığında, yerli vaxtla saat 06:38-də aşkar edilib.
Qeyd edilir ki, kəmərdə külli miqdarda xammal itkisi baş verib.
"Boru kəmərində aparılan yoxlamanın nəticələrinə əsasən, bu sektorda anomaliyalar aşkar edilməyib, ona görə də hadisəyə strukturda nasazlığın baş verməsi səbəbi istisna edilir”, - deyə şirkətdə bildiriblər.
Hadisə yerinə mütəxəssislər briqadası göndərilib. Briqada nəticələrin aradan qaldırması ilə məşğul olur. Dağılmış neftin miqdarı müəyyən edilməyib.