Peruda 1,3 min polis əməkdaşı koronavirusa yoluxdu

Peruda 1,3 min polis əməkdaşı koronavirusa yoluxdu Perunun hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşı koronavirusa yoluxub.
Digər ölkələr
24 Aprel , 2020 04:37
Peruda 1,3 min polis əməkdaşı koronavirusa yoluxdu

Perunun hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşı koronavirusa yoluxub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos Moran bildirib.

"Bildirmək istərdim ki, milli polisdə 130 min insan xidmət edir. Onlardan 80 min nəfəri silahlı qüvvələrlə birlikdə küçələrdə patrul xidməti həyata keçirir. Polis əməkdaşlarından təxminən 1,3 min insan (koronavirusa-red) yoluxdu", - Moran keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

Nazir qeyd edib ki, yoluxma sayı ölkədə martin 16-da fövqəladə vəziyyət rejiminin elan edilməsi anından hesablanır.

Son məlumatlara görə, Peruda koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 20 914 təşkil edir. Ölkənin 572 vətəndaşı epidemiyanın qurbanı olub.

Cümə axşamı Peru prezidenti Martin Viskarra fövqəladə vəziyyət rejiminin qüvvədə olması müddətini mayın 10-a qədər uzadıb. Fövqəladə vəziyyət məcburi karantini və komendant saatını nəzərdə tutur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi