Peru və Ekvadorda güclü zəlzələ baş verib

Peru və Ekvadorda güclü zəlzələ baş verib Bakı. 19 yanvar. REPORT.AZ/ Cümə günü Peru və Ekvador ərazilərində güclü yeraltı təkanlar qeydə alınıb.
Digər ölkələr
19 Yanvar , 2019 03:46
Peru və Ekvadorda güclü zəlzələ baş verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Cümə günü PeruEkvador ərazilərində güclü yeraltı təkanlar qeydə alınıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ekvadorun Geofizika İnstitutu məlumat yayıb.

Peru ilə sərhəddə yerləşən Morona-Santyaqo əyalətində 5,95 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 25,5 km dərinlikdə yerləşib.

Eyni zamanda Perunun Geofizika İnstitutu Ekvadorla sərhəd zonasında 5,8 maqnituda gücündə zəlzələnin olduğu barədə məlumat yayıb. Zəlzələnin ocağı 111 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Daha əvvəl Polşada ölümlə nəticələnən zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi