Peru prezidenti Trampdan ölkənin sabiq dövlət başçısını deportasiya etməsini xahiş edib

Peru prezidenti Trampdan ölkənin sabiq dövlət başçısını deportasiya etməsini xahiş edib Tramp perulu həmkarını ölkəsinə səfərə dəvət edib
Digər ölkələr
13 Fevral , 2017 06:58
Peru prezidenti Trampdan ölkənin sabiq dövlət başçısını deportasiya etməsini xahiş edib

Bakı. 13 fevral. REPORT.AZ/ Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.

"Report"un məlumatına görə, bu barədə "Andina" xəbər verib.

"Perunun Xarici İşlər Nazirliyindəki mənbə xəbər verib ki, prezident Kuçinski Donald Trampdan Toledonun Peruya – onu məhkəmə prosesinin gözlədiyi ölkəyə deportasiyası məsələsinə baxılmasını xahiş edib" – deyə məlumatda bildirilir. Həmçinin qeyd olunur ki, Tramp da öz növbəsində perulu həmkarını ABŞ-a səfərə dəvət edib.

Daha əvvəl Vaşinqtonda bildiriblər ki, ABŞ Cənubi Amerika ölkəsinin qaçmış sabiq prezidenti Alexandro Toledonu saxlamayacaq və onun İsrailə uçuşuna mane olmayacaq. 

Son xəbərlər

Orphus sistemi