Peru prezidenti koronavirusdan peyvənd olundu

Peru prezidenti koronavirusdan peyvənd olundu Peru prezidenti Fransisko Saqasti çərşənbə axşamı koronavirusdan peyvənd edilib
Digər ölkələr
10 Fevral , 2021 05:43
Peru prezidenti koronavirusdan peyvənd olundu
Fransisko Saqasti

Peru prezidenti Fransisko Saqasti çərşənbə axşamı koronavirusdan peyvənd edilib.

“Report” xəbər verir ki, prosedur “TV Peru”nun dövlət telekanalının efirində yayımlanıb.

"Mən qorxusuz peyvənd edilirəm, inamla və ümidlə", - dövlət başçısı vaksinləmədən əvvəl deyib. Prosedurun sonunda Peru liderinə peyvənd sertifikatı verilib. Siyasətçi 21 gün sonra Çin əczaçılıq şirkətinin “Sinopharm” istehsalı olan preparatın ikinci dozası ilə peyvənd edilməlidir.

Peruda çərşənbə axşamı peyvənd kampaniyasının birinci mərhələsi başlayıb. Respublikanın Səhiyyə Nazirliyinin başçısı Pilar Massetti daha əvvəl bildirib ki, ilk koronavirus vaksinini dövlət başçısı alacaq ki, həmvətənlərinə nümunə olsun. Çərşənbə axşamı alınmış 300 mindən 50 mini ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri ilə regionlara göndərilib.

Peru hakimiyyəti ilin sonuna kimi “Sinopharm” preparatının 38 milyon dozasının, “Pfizer” vaksininin 20 milyon dozasının, “AstraZeneca” vaksininin 14 milyon dozasının ölkəyə tədarükü haqqında razılaşıb.

Son xəbərlər

Orphus sistemi