Peru hökuməti 1 aylıq fəaliyyətdən sonra istefaya gedib

Peru hökuməti 1 aylıq fəaliyyətdən sonra istefaya gedib Peru Prezidenti Pedro Kastilyo Qido Belyido hökumətini istefaya göndərib.
Digər ölkələr
7 Oktyabr , 2021 01:54
Peru hökuməti 1 aylıq fəaliyyətdən sonra istefaya gedib
Pedro Kastilyo

Peru Prezidenti Pedro Kastilyo Qido Belyido Uqarte hökumətini istefaya göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, siyasətçi bu barədə xalqa müraciətində bildirib.

"Bu gün dövlətə xidmətinə görə təşəkkür etdiyim Nazirlər Şurasının sədri Qido Belyido Uqartenin istefası qəbul edildi. Bildirirəm ki, yeni kabinet bu gün axşam saat 20:00-da (Bakı vaxtı ilə saat 05:00-da) and içəcək", - deyə Peru lideri prezident administrasiyasının yutub kanalında yayımlanan müraciətində bildirib.

Kastilyo qeyd edib ki, bu qərar "idarəetmənin səviyyəsini artırmaq" və "səlahiyyətlər arasında tarazlığı" qorumaq məqsədilə qəbul olunub. O, eyni zamanda, ölkənin siyasi qüvvələrini ideoloji fikir ayrılıqlarından imtina edərək dövlətin mənafelərinə səsləyib.

Qeyd edək ki, radikal solçu Kastilyo prezident seçkilərinin ikinci turunda ifrat sağçı müxalifəti təmsilçisi, keçmiş diktator Alberto Fuhimorinin qızı Keyko Fuhimorini kiçik səs fərqi ilə məğlub edərək iyulun sonunda vəzifəsinin icrasına başlayıb. Kastilyo hökumətinin tərkibi avqustun sonunda parlament tərəfindən təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi