Yuxarı

​Peruda avtobusun dərəyə aşması nəticəsində 23 nəfər ölüb

Avtobusun 100 metr hündürlükdən düşdüyü bildirilir

Bakı. 11 yanvar. REPORT.AZ/ Perunun cənub-şərqində yerləşən Kusko regionunda avtobus yoldan çıxaraq dərəyə aşıb.

"Report" xəbər verir ki, son məlumatlara görə, yol qəzası nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.

Avtobusun 100 metr hündürlükdən düşdüyü bildirilir. Qəzaya hava şəraitinin pis olması və yolların yaxşı vəziyyətdə olmaması səbəb ola bilər.

İnsident Sikuani və Santa-Barbara rayonlarını birləşdirən avtomobil trasında baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi