Pentaqonun sözçüsü: "Yəməndə hələ də xüsusi təyinatlılarımız var"

Pentaqonun sözçüsü: "Yəməndə hələ də xüsusi təyinatlılarımız var" "Sanadan kənarda isə məhdud sayda Yəmən hərbçisinə terrora qarşı mübarizə təlimi veririk"
Digər ölkələr
14 Fevral , 2015 17:21
Pentaqonun sözçüsü: Yəməndə hələ də xüsusi təyinatlılarımız var

Bakı.14 fevral. REPORT.AZ/ ABŞ-ın Yəməndə xüsusi təyinatlı hərbi qüvvələri hələ də qalmaqdadır.

"Report" "turkishny.com"a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi söyləyib.

Onun sözlərinə görə, həmin hərbçilər Yəmənin paytaxtı Sənadan kənarda terrorçuluğa qarşı mübarizə ilə bağlı məhdud sayda yəmənlini təlimatlandırır.

"Xüsusi təyinatlı qüvvələrimiz hələ də Yəməndədir və orada terrora qarşı mübarizə əməliyyatlarını gerçəkləşdirməyə qabiliyyətimiz var. Sanadan kənarda isə məhdud sayda Yəmən hərbçisinə terrora qarşı mübarizə təlimi veririk", - Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin Yəmənə aid suallarına cavabında C.Kirbi deyib.

Xatırladaq ki, husilər Yəmən parlamentini ləğv edib, hakimiyyətə nəzarəti ələ keçirdikdən sonra ABŞ bu ölkənin paytaxtındakı səfirliyini bağlayıb.

Son xəbərlər

Orphus sistemi