Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub

Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub Ərbil hava limanında Karteri Kürdüstan muxtar vilayətinin baş nazir müavini Qubad Talabani qarşılayıb
Digər ölkələr
17 Dekabr , 2015 23:17
Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin genişləndirilməsi məqəsdi ilə İraqda kürd rəsmiləri ilə müzakirələr keçirir.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Ərbil şəhərinin hava limanında Eşton Karteri Kürdüstan muxtar vilayətinin baş nazir müavini Qubad Talabani qarşılayıb.

E.Karter Şimali İraqın Kürdüstan regionunun lideri Məsud Barzani ilə görüşüb. Onun ABŞ-ın regiondakı hərbi qüvvələri ilə də görüşü planlaşdırılır.

Müxbirlələ görüşü zamanı Karter deyib ki, kürdlərin İŞİD-i məğlub etmək qabiliyyətinə malik olan Peşmərqə ordusu indiyədək şücaət nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi