Pentaqon yaxınlığında atışma zamanı polis zabiti həlak olub

Pentaqon yaxınlığında atışma zamanı polis zabiti həlak olub ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında baş verən atışma zamanı polis zabiti ölüb.
Digər ölkələr
3 Avqust , 2021 22:30
Pentaqon yaxınlığında atışma zamanı polis zabiti həlak olub

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında baş verən atışma zamanı polis zabiti ölüb.

“Report”un məlumatına görə, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Atışma çərşənbə axşamı Pentaqon kompleksindəki avtobus dayanacağında baş verib. Hadisə ilə əlaqədar sakinlər müvəqqəti olaraq yaşayış binasına buraxılmayıblar və bina müvəqqəti bloklanıb.

Qeyd edilir ki, ərazidə vəziyyət normallaşıb, lakin ən yaxın metro stansiyasına giriş hələ də bağlıdır.

Daha əvvəl WDVM telekanalı fövqəladə xidmətlərə istinadən hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını xəbər verib. İnsident metro stansiyasının yaxınlığında qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi