Pentaqon Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib

Pentaqon Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qoşunların göndərilməsini təsdiqləyib.
Digər ölkələr
3 yanvar 2020 18:21
Pentaqon Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib

ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qoşunların göndərilməsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə CNN Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.

“ABŞ general Qasım Suleymaninin hava zərbəsindən sonra öldürülməsi ilə əlaqədar İranla gərginliyin artması fonunda Yaxın Şərqə əlavə olaraq 3000 hərbi qulluqçu göndərəcək”, - deyə Pentaqonun nümayəndəsinə istinadən CNN telekanalı bildirib.

Mənbənin sözlərinə görə, əlavə qoşunlar 82-ci Hava-Desant diviziyasının qüvvələri olacaq. Onların sayı 3000 əsgərdən ibarətdir.

Daha əvvəl Pentaqon rəhbəri Mark Esper Bağdadda ABŞ Səfirliyinə hücumdan sonra bildirib ki, Birləşmiş Ştatlar regiona 750 əsgər göndərəcək.

Son xəbərlər

Orphus sistemi