Pentaqon xaricdəki hərbçilərlə bağlı yekun qərar verəcək

Pentaqon xaricdəki hərbçilərlə bağlı yekun qərar verəcək Amerika Birləşmiş Ştatları 2021-ci ilin ortalarına qədər Əfqanıstanda və digər ölkələrdəki qoşunlarının mövcudluğunun zəruriliyi ilə bağlı yekun qərar vermək niyyətindədir.
Digər ölkələr
6 Fevral , 2021 00:49
Pentaqon xaricdəki hərbçilərlə bağlı yekun qərar verəcək
Courtesy İmage

Amerika Birləşmiş Ştatları 2021-ci ilin ortalarına qədər Əfqanıstanda və digər ölkələrdəki qoşunlarının mövcudluğunun zəruriliyi ilə bağlı yekun qərar vermək niyyətindədir.

“Report”un məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostinlə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı baş tutub.

Lloyd Ostin bildirib ki, ölkəsi Əfqanıstandakı təhlükəsizliyi təmin etmək üçün üzərinə götürdüyü əvvəlki öhdəliklərə sadiqdir. Tərəflər Əfqanıstanda sülh prosesinin davam etdirilməsinin vacibliyini də vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi