Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə ordusu və Suriya müxalif qüvvələrinin Afrində terrorçulara qarşı əməliyyata başmasından sonra Pentaqon bölgədə münaqişənin kəskinləşməsinin qarşısını almağa çağırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon deyib.
O, münaqişə tərəflərini İŞİD-i darmadağın etməyə çağırıb. Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.