Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılmadığını bəyan edib

Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılmadığını bəyan edib Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada yerli birləşmələrin hazırlığını davam etdirir, lakin söhbət sərhəd qüvvələri və ya yeni ordunun yaradılmasından getmir.
Digər ölkələr
18 Yanvar , 2018 03:37
Pentaqon Suriyada sərhəd qüvvələrinin yaradılmadığını bəyan edib

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada yerli birləşmələrin hazırlığını davam etdirir, lakin söhbət "sərhəd qüvvələri" və ya yeni ordunun yaradılmasından getmir.

"Report" TASS-a istinadən məlumat verir ki, bu barədə Pentaqonun rəsmi saytı xəbər verib.

Pentaqonda qeyd ediblər ki, İŞİD-in məhv edilməsinə dair hərbi kampaniya sona çatmayıb. Yerli birləşmələr terrorçulardan azad edilən rayonlarda vəziyyətin sabitləşməsinə xidmət edir.

ABŞ-ın Müdafiə Nazirliyi həmçinin bildirib ki, Türkiyəni Suriyada İŞİD-in darmadağın edilməsi ilə bağlı hərəkətləri barədə məlumatlandırmaqda davam edir. Ankaranın Suriya-Türkiyə sərhədindəki narahatlığı başadüşüləndir. Vaşinqton özünün NATO-dakı müttəfiqini terrorçuluqla mübarizədə dəstəkləməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi