Yuxarı
    Bağlamaq

    Pentaqon: Suriya və İraqa endirilmiş hava zərbələri nəticəsində 64 mülki sakin ölüb

    ABŞ Suriya və İraqa 12 min hava zərbəsi endirib

    Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin 2015-ci ilin noyabrından 2016-cı ilin sentyabrına qədər Suriyaya və İraqa endirdiyi hava zərbələri nəticəsində 64 mülki sakin ölüb.

    "Report"un məlumatına görə, bu barədə Amerika hərbçilərinə istinadən "Reuters" xəbər verib.

    Pentaqonun açıqlamasına görə, söhbət 24 müxtəlif hava zərbəsindən gedir. Amerika hərbçiləri bildirirlər ki, onlar hər hava zərbələri endirərkən mülki vətəndaşlar arasında itkinin olmaması üçün bütün zəruri tədbirləri görüblər.

    2014-cü ildən bu günə kimi endirilən zərbələr nəticəsində ümumilikdə 119 mülki sakin həlak olub, 37 nəfər yaralanıb. 

    "Beynəlxalq Amnistiya" təşkilatı isə bəyan edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 300-ə yaxın mülki sakin həlak olub.

    ABŞ Suriya və İraqa 12 min hava zərbəsi endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi