Pentaqon sözçüsü: “Suriyadakı vəzifəmiz hələ tam olaraq başa çatmayıb”

Pentaqon sözçüsü: “Suriyadakı vəzifəmiz hələ tam olaraq başa çatmayıb” ABŞ prezidenti Donald Tramp tezliklə Suriyadan çıxacaqlarını bildirmişdi
Digər ölkələr
6 Aprel , 2018 15:45
Pentaqon sözçüsü: “Suriyadakı vəzifəmiz hələ tam olaraq başa çatmayıb”

Bakı. 6 aprel. REPORT.AZ/ “Suriyadan çıxmağımız haqqında insanların dedi-qodu etdiklərini eşitdim”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt jurnalistlərin “ABŞ-ın Suriyadan həm çıxacağı, həm də çıxmayacağına dair müxtəlif açıqlamalar yayılır. Bu strateji məsələdə Ağ evlə Müdafiə Nazirliyi arasında fikir ayrılığımı var” sualına cavabında bildirib.

“Prezidentin “çox yaxında çıxacağıq” dediyini də bilirəm. Çünki İŞİD-in məğlub edilməsi məsələsində uğur qazandıq. Ancaq İŞİD hələ var. Onun tam məğlub etmək niyyətindəyik. Bizim Suriyadakı vəzifəmiz İŞİD-i məğlub etməkdir. Bu, haradasa, başa çatmaq üzrədir. Ancaq hələ tam olaraq başa çatmayıb”, - o vurğulayıb.

General-leytenant Renald Makenz də Suriyada İŞİD-ə qarşı mübarizədə çox böyük uğur əldə etdiklərini, “xilafət"in sonuna çatdıqlarını, ancaq çıxmaq məsələsində konkret tarixin olmadığını bildirib: “Əfqanıstanda gördüyümüz kimi düşmənin bildiyi bir tarixə qarşı fəaliyyət göstərməyimiz problem olardı. Ancaq prezident bir tarix açıqlamamaqla çox yaxşı edib. Bu yolumuzu davam etdirərkən xeyrimizə olan yeganə vasitədir. Suriyada uzunmüddətli sabitliyin saxlanması üçün bölgədəki dövlətlərin də üzərinə məsuliyyət düşür".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tezliklə Suriyadan çıxacaqlarını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi