​Pentaqon rəsmisi: "Artıq "YPG"-yə silah-sursat vermirik"

​Pentaqon rəsmisi: "Artıq "YPG"-yə silah-sursat vermirik" Stiv Uorren: "Türkiyəni narahat edən məsələlər var və biz də onları nəzərə alırıq"
Digər ölkələr
5 Noyabr , 2015 10:37
​Pentaqon rəsmisi: Artıq YPG-yə silah-sursat vermirik

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bundan sonra "YPG"-yə (terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-nin bir bölümü - "Report") silah-sursat verməyəcəyik. Əvvəllər havadan silah-sursatı Suriya ərəb koalisiyası üçün atırdıq. Artıq "YPG"-yə silah vermirik. Bundan sonra silah-sursatları ərəblərin rəhbərlik etdiyi suriyalı müxalifətə verəcəyik. İndiki siyasətimiz budur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-ə qarşı İraq və Suriyada yürütdüyü Təbii Dayanıqlıq Əməliyyatının sözçüsü polkovnik Stiv Uorren Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyənin bölgədəki problemlərlə bağlı əvvəllər dilə gətirdiyi narahatlıqlarından danışan S.Uorren deyib: "Diplomatik danışıqların detallarına toxunmayacam. Türkiyə NATO üzvü və İŞİD-ə qarşı mübarizədə ən yaxın müttəfiqimizdir. Onlarla müzakirələrimizi davam etdirəcəyik. Özləri ilə yaxından əlaqələrimiz var. Əlbəttə, Türkiyəni narahat edən məsələlər var və biz də onları nəzərə alırıq. Onlar müttəfiqlərimizdir. İŞİD-i məğlub etmək üçün birlikdə fəaliyyətimizi davam etdirəcəyik".

Qeyd edək ki, ötən ay ABŞ "PYD"-yə havadan 27 konteyner silah-sursat yollamışdı. Onda Pentaqon bunu İŞİD-ə qarşı mübarizə aparan Suriya Demokratlar Birliyinə və "PYD"-yə göndərdiyini bildirmişdi. Rəsmi Ankara isə terrorçu və separatçı saydığı "PYD"-ni vuracağını bəyan etmişdi. Baş verənlərin ardınca iki tərəf arasında problemin həlli ilə bağlı danışıqlar başlamışdı. Hətta, ABŞ dövlət katibinin Avropa və Asiya ölkələri üzrə köməkçisi Viktoriya Nuland Türkiyəyə səfər etmişdi. 

Son xəbərlər

Orphus sistemi