Pentaqon rəhbəri xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib

Pentaqon rəhbəri xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib Eşton Karter təlimatlara zidd olaraq ən azı iki ay şəxsi poçtundan istifadə edib
Digər ölkələr
17 Dekabr , 2015 11:06
Pentaqon rəhbəri xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ müdafiə naziri Eşton Karter təlimatlara zidd şəkildə müvəqqəti olaraq xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat verib.

Nəşrin məlumatına əsasən, pentaqon rəhbəri ən azı iki ay şəxsi poçtundan istifadə edib.

Qayda pozuntusu barədə Ağ Ev xəbər tutduqdan sonra aparat rəhbəri Dennis Makdono Pentaqondan Karterin niyə şəxsi "e-mail"ini istifadə etməsiylə bağlı izahat tələb edib.

Xatırladaq ki, 2012-ci ildə Müdafiə Nazirliyi rütbəsi, vəzifəsi və mövqeyindən asılı olmayaraq, bütün əməkdaşlarına dövlət xidməti ehtiyaclarına görə şəxsi elektron poçtundan istifadəni qadağan edən qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi