Pentaqon rəhbəri və NATO baş katibi Əfqanıstana səfər ediblər

Pentaqon rəhbəri və NATO baş katibi Əfqanıstana səfər ediblər Ceyms Mettis ABŞ-ın strategiyasının elan edilməsindən sonra Əfqanıstana gələn Nazirlər Kabinetinin ilk üzvü olub
Digər ölkələr
27 Sentyabr , 2017 09:48
Pentaqon rəhbəri və NATO baş katibi Əfqanıstana səfər ediblər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Pentaqon rəhbəri Ceyms Mettis və NATO baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli televiziya kanalı C.Mettisin ABŞ-ın strategiyasının elan edilməsindən sonra Əfqanıstana gələn Birləşmiş Ştatlar prezidenti Donald Trampın Nazirlər Kabinetinin ilk üzvü olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Birləşmiş Ştatların Əfqanıstandakı qoşunlarının üç mindən artıq hərbi qulluqçu ilə artırılacağını, onların ümumi sayının 14 min nəfərdən çox olacağını bildirib.

Son xəbərlər

Orphus sistemi