Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu

Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu ABŞ-ın Müdafiə naziri və onun birinci müavini tezliklə tabeliklərindəki şəxslərlə yalnız video ilə əlaqə quracaqlar.
Digər ölkələr
17 Mart , 2020 11:53
Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu

ABŞ-ın Müdafiə naziri və onun birinci müavini tezliklə tabeliklərindəki şəxslərlə yalnız video ilə əlaqə quracaqlar.

“Report” xəbər verir ki, bu barədə məlumat verən ABŞ Müdafiə Nazirliyinin böyük mətbuat katibi Conatan Qofman bu addımın Pentaqon rəhbərliyinin yeni növ koronavirusa yoluxma riski ilə üz-üzə qalmaması üçün atıldığını söyləyib.

“Müdafiə naziri və onun müavini fiziki olaraq təcrid olunacaqlar. Biz onların ətrafında təhlükəsizlik məkanı yaratmağa çalışırıq”, - C.Qofman bildirib.

Onun sözlərinə görə, bu, xidməti məsələlərdə qurumun rəhbərləri ilə əlaqənin videorabitə vasitəsilə baş tutacağı deməkdir.

Bununla yanaşı, mətbuat katibi ABŞ Silahlı Qüvvələrində virusa yoluxma ilə bağlı 37 hadisənin təsdiqləndiyini bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 4 727 nəfəri keçib, 93 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi