ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək

ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək Bakı. 21 dekabr. REPORT.AZ/ Amerika lider Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib.
Digər ölkələr
21 Dekabr , 2018 03:35
ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Amerika lider Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

"General Mettis mənim administrasiyamda müdafiə naziri postunda iki illik xidmətdən sonra fevralın sonunda fərqlənmə ilə təqaüdə çıxacaq", - deyə o, bildirib.

Tramp əlavə edib ki, Pentaqonun yeni rəhbəri vəzifəsinə namizədin adı "tezliklə" açıqlanacaq.

ABŞ prezidenti bildirib ki, Mettis ona fəaliyyətində çox köməklik göstərib, xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərilərinə düşən öz hərbi öhdəlik paylarını ödəməyə məcbur etməkdə".

Daha əvvəl Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib.

Son xəbərlər

Orphus sistemi