Pentaqon rəhbəri İsrailə səfər edəcək

Pentaqon rəhbəri İsrailə səfər edəcək ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə İsrailə səfər edəcək
Digər ölkələr
8 Aprel , 2021 05:54
Pentaqon rəhbəri İsrailə səfər edəcək
Llloyd Ostin

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə İsrailə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “Axios” nəşri bildirib.

Qeyd edilir ki, bu, Cozef Bayden administrasiyasının Nazirlər Kabineti səviyyəsində Yaxın Şərqə birinci səfəri olacaq.

Ostinin İsrailə bazar günü gələcəyi, baş nazir Binyamin Netanyahu, müdafiə naziri Benni Qans və xarici işlər naziri Qabi Aşkenazi ilə görüşəcəyi gözlənilir. İsrailin rəsmi şəxslərinin sözlərinə görə, gündəliyə İran, Suriya, Livan kimi regional məsələlər daxildir.

İsrail rəsmiləri ölkənin bölgədəki yüksək keyfiyyətli hərbi üstünlüyünü qorumaq üçün keçmiş Tramp administrasiyasının son həftələrində əldə edilən ABŞ-İsrail təhlükəsizlik anlaşmasını inkişaf etdirmək niyyətindədirlər. İsrail Cozef Baydeni bu razılaşmalara sadiq qalmasına əmin olmaq istəyir.

Son xəbərlər

Orphus sistemi